Qurban bayramınız mübarək!

"(Biz qurbanlıq dəvələrini də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlıqda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları halda kəsərkən üzərində Allahın adını çəkin (Bismillah! deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) də yeyin, (yanınızda olub utandığından) əl açmayan dilənçiyədə verin)" ("Həcc" surəsi, ayə 36).

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Üç səmavi dinin-yəhudilik, xristianlıq və İslamın hər üçündə mütəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqı tarixi və şərtləri var.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı, İsmayılı nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil! Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmuş. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.


Qurban kəsmənin fəlsəfəsi

Başdan başa hikmətlə dolu olan həcc ziyarəti və ibadətində hacılara yerinə yetirməsi vacib olan əməllərdən biri də qurban kəsməkdir .Allah subhan Qurani kərimdə buyurur : Həcc və ümrə (əməlini-Allaha görə tamamlayın və əgər əməllər yerinə yetirməyinizə maneçilik törənərsə (Ehram baglayib Məkkəyə daxil ola bilməzsizsə)müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzdadır)və qurbanlıq öz yerinə çatmayınca başınızı qirxmayın.

(Bəqərə surəsi 196-cı ayə)

Kəsiləcək heyvanın keyfiyyəti və şərtlərinə gəldikdəsə əməli risalələrdə bu haqda ətraflı danışılmış və hökmləri açıqlanmışdır.Bizim bəhsimiz şəri hökümlər haqda olmadıgı üçün onları burada qeyd etməyə zərurət görmürük. Odur ki, bu haqda ətraflı məlumat üçün təqliddə olan mərcələrin (Allah onları hər növ bəlalardan qorusun)risalələrinə və sual cavablarına müraciət etmək olar. Hər halda burada əhəmiyyətli məsələ kəsilən heyvanın Allaha görə olmasıdır. Allah subhan bu haqda buyurur: Allaha əsla onların əti və qanı çatmaz ,əksinə Ona sizin tərəfinizdən təqva çatar

(Həcc surəsi ayə 37)

Qurbanın tarixi

Qurbanın kəsilməsi barədə ətraflı danışmazdan öncə onun tarixinə diqqət etmək faydasız olmazdı .Qurani kərim bu haqda danışarkən buyurur: (Adəmin iki oğlunun qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu ) (Maidə surəsi 27-ci ayə) Mübarək ayədən göründüyü kimi qurban etmək hələ islamdan qabaq ilk insan həzrət Adəm (ə)vaxtında olmuş o həzrətin övladları Allah dərgahına qurban təqdim etmişlər. Həzrət Musa (ə) vaxtında da özünə məxsus qurbanlıq olmuşdur. Qeyd olan tarixə gorə o,zaman qurban oaln heyvanlar iki yerə bölünər ,daha sonar onlardan bir dəstəsi kəsilər digər bir dəstəsini isə Allah yolunda azad buraxardılar . Zibh olunan heyvanlarda (kəsilən heyvanlar)öz növbəsində üç yerə bölünərdi.Onlardan biri Muhrəqə zibhi ikincisi Günahlardan ötrü olan zibh üçüncüsü isə “Salamatlıq üçün olan zibh adlanırdı “. Birinci zibhi tamamıyla yandıraraq təkcə dərisini saxlayırdılar . Saxlanılan bu dəri kahinə məxsus olurdu .İkinci zibh olmuş heyvanın yarısı tamamıyla yandırır qalan yarısınısa kahinə verir, üçüncü zibhsə hamıya halal olurdu. Tarixə diqqət etdikdə insanların qurban etdikərinin təkcə heyvanlardan olamamasıyla qarşılaşırıq . Kənanlılar , farslar ,rumlular və misirlilərin hətta insanlarıda qurban edilməsiylə tarixdə qarşılaşırıq. Tarixə görə Misirlilər hər il bakirə bir qızı ən yaxşı geyimlərlə bəzədikdən sonra ibadət etdikləri “ Nil “ çayının kənarına gətirib daha sonra onu qurban olaraq həmin çayda boğurdular. Bu eybəcər adət islam dininin Misrə çatmasına qədər davam etmiş daha sonra isə Ömər ibn Xəttabın razılığıyla Əmr ibn Ass tərəfindən qadağan olunmuşdu .

Hər halda istər islam dini və istərsədə islam dinindən öncə asimani dinlər və qeyri asimanı inanclarda qurban etmək olmuşdur . Qeyd olan hədislərdən ələ gələn əsas nöqtələrdən biri də qurban etmənin insanların fitrətində olan məsələlərdən olmasıdır . İnsan hər hansı bir inancda olmasına baxmayaraq inandığı məbudun qarşısında ona ehtiram olaraq qurban etməni özünə lazım bilmişdir. Bütün bunlarla yanaşı İslam dini küfr və şirklə aludə olub Allahdan başqası üçün olan hər növ qurbanı qadağan etməklə öz həqiqi ardıcıllarına düz və həqiqi qurban etmənin onun nə və necə olmasını başa salmışdır . İslamı nöqteyi nəzərdən ( yuxarıda şərif ayədə qeyd etdiyimiz kimi ) Allah yolunda qurban edilən heyvanın nə əti nə də qanı Allaha lazım deyldir. Burada əsl məsələ o heyvanın sırf Allaha görə təqdim olmasıdır ki, onunda əcr və savabı insanın özünə qayıdır . Elə buna görədə zibh zamanı “Qurbətən iləllah “ olması və kəsildiyi zaman Allahın adının çəkilməsi əsas şərt olaraq qeyd olmuşdur.

Heyvan kəsməni islamda əhəmiyyəti və rolu

Qurban kəsmək təkcə həccə aid deyildir. Bəlkə bir çox yerlərdə qurban kəsmək sifariş olmuşdur. Onlardan bəzisi vacib bəzisisə müstəhəb buyurulan qurbanlardır. Məsələn həcc zamanı ehram bağlamış şəxs əgər ona qadağan olmuş əməllərdən ov ovlarsa kəffarə olaraq heyvan kəsməlidir. Allah sübhan sərif ayədə buyurur : ( Ey iman gətirənlər , ehram halında olarkən ov öldürməyin . Sizdən kim bilərəkdən onu öldürsə , boynuna dördayaqlılar cinsindən öldürdüyünün bənzəri olan bir kəffarə düşür … )

(Maidə surəsi 95 ci ayə)

Əlbəttə heyvan kəsmənin vacib olduğu yer təkcə bununla tamamlanmır . İslam dini ümumi olaraq bir çox yerlərdə kəffarə və ya cəza olaraq heyvan kəsilməsini buyurmuşdur. Qeyd olanlar isə onlardan biri nümunədir. Müstəhəb yerlərə gəldikdəsə nümunə olaraq uşaq dünyaya gəldiyi zaman sifariş olunan “ Əqiqə” – ni qeyd etmək olar. İslamın bizə təkidlə buyurduğu əqiqə ailədə uşaq dünyaya gəldikdən sonra yeddi günlüyündə onun adına kəsilən heyvandır. Bu zaman uşağın oğlan ya qız olmasında heç bir fərq yoxdur . İmam Sadiq (ə) – dan olan rəvayətdə Həzrət buyurur : ( Hər bir kəs öz əqiqəsinin girovundadır . Əqiqə qrubandan daha vacibdir )

( As.sad . 13.cü cild səh. 357)

Əbu Bəsir İmam Sadiq (ə)-dan əqiqə haqqında sual etdikdə İmam buyurur :

Əqiqə zamanı de : Bismillahi və billahi İlahi bu əqiqə filankəsdəndir.( Filankəsin əvəzinə adı ) Əqiqənin ətini əti, qanını qanı , sümüyün sümüyü əvəzinə qərar ver . İlahi onu Mühəmmməd və Ali Mühəmmədin pənahında qərar ver ki, Sənin salam və rəhmətin onlara olsun )

( həmin ünvan )

Nəticə

Yuxarıda qeyd olan bəhslərdən qurban kəsmənin ayrılıqda xüsusi olaraq , müxtəlif şəraitlərdə heyvan kəsməninsə ümumi olaraq təkid olunmasından eyni halda zərif olub lakin öz zərifliyində

çox dəqiq və böyük əhəmiyyət daşıyan bir nəticə almaq olar . Bu ilk olaraq müsəlmanların imkansızlarının onların imkanı oalnları tərəfindən hər zaman ətlə təmin olunaraq həmişə diqqət mərkəzində olması digərisə heyvandarlığın inkişaf etdirilməsidir.

Allah Rəsulu (s) bir hədisdə buyurur :

İmam Baqir (ə) deyir : Allah Rəsulu (s) buyurmuşdur: Qurbanı Allah ona görə buyurmuşdur ki, imkansızlar onun ətindən yesinlər bəs sizdə əsirgəməyin.

( 3-cü cild səh.111)

İstər Allah Rəəsulundan (s) olan bu hədisə əsasən və istərsədə kəffarələrin imlərə verilməsini buyurulan tapşırıqları nəzərə alsaq və istərsədə digər vaxtlarda heyvan kəsilərkən onun ətinin məsrəf olmasının harada və necəliyinə yol göstərən əmrlərə diqqət etsək islamın müsəlmanların bir-birinə əyan olmasına nə qədər önəm verməsini görə bilərik .

Bu il həcc mərasimində iştira edən zəvvarların beş milyon nəfər təxmin edilmişdir. beş milyon insanın iştirakı beş milyon insanın heyvan kəsməsi deməkdir. Əgər bu gün Afrika ,Asiya və s yerlərdə yaşayan bəzən ibtidai yaşayışda gündəlik qidadan əziyyət çəkən müsəlmanların yaşayışını nəzərə alsaq onların bu heyvanların ətinə nə qədər möhtac olmalarını görmək mümkündür. Əziz islamda ,Allah Sübhanın öz bəndələrinə olan məhəbbətini onlardan bir-birinin qayğısına qalmalaırini hələ min dördyüz il bundan qabağ öz Quranını göndərdiyi zaman buyurmuşdur .

Digər bir tərəfdən beş milyon heyvanın kəsilməsi üçün alınıb məkkəyə gətirilməsi alınan məmləkətin heyvandarlıqda olan iqtisadiyyatının böyük bir dirçəlişidir. Orta hesabla hər bir heyvanın qiyməti yüz ABŞ – dollarıyla hesablanarsa bu sözün nə qədər düz olmasına şahidlik edə bilər .

Nə qədər gözəl olardı ki, elə bu heyvanların özləri həmin fəqir və iqtisadiyyatı aşağı olan müsəlman dövlətlərində hasil olaydı ! Bu həm onların iqtisadiyyatını dirildər ,həm əhalisini fəqirlikdən çıxmağa dəstək olar həm də ən əsas olaraq Allah Sübhanın müsəlmanlardan istədiyi biri digərindən əyan olması istəyi həyatda öz yerini tapardı.

Əgər Qurbanın Məkkədən savayı başqa yerlərdə kəsilməsini Allah Rəsulunun (s) bir sünnəti olmasına nəzər etsək yuxarıda qeyd olanları icmal halında hər bir müsəlman dövlətinə aid etmək olar. İmam Sadiq (ə) buyurur : (Qurbanlıq , onu ələ gətirə biləcək hər bir kiçik və böyüyə vacibdir və o sünnətdir.)

(As. Sad.3-cü cils Səh.11)

Azərbaycanımızın hər bir guşəsində heyvandarlıqla məşğul olan əziz müsəlman qardaşlarımız vardır. Əgər islamın əziz peyğəmbərinin (s) bu gözəl sünnəti insanlar içərisində olduğu kimi açıqlanıb əziz xalqımıza çatdırılarsa heç şübhəsiz həm imkansızların əlindən vaxtaşırı tutulardı həmdə heyvandarlıqla məşğul olan əzizlər iqtisadi cəhətdən inkişaf etmiş olardılar.

0 şərh.:

Текст бегущей строки
+ + + + +