Qadınları döymək olarmı?


«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (onları yola gətirmək üçün başqa yol qalmazsa) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»
Nisa surəsinin 34-cü ayəsi

«Kişilər (qadınların hamiləridirlər və) qadınlar üzərində ixtiyar sahibləridirlər» – Bu cümləni açıqlamaq üçün ailənin cəmiyyətin kiçik bir hissəsi olmasını qeyd etməliyik. Bütün cəmiyyətlərdə olduğu kimi, bu cəmiyyətdə də bir rəhbər və himayədar olmalıdır. Çünki həm kişinin, həm də qadının birgə şəkildə rəhbərlik və himayədarlıq məsələlərini üzərlərinə götürmələri mənasız və nəticəsiz bir işdir. Bunun üçün də ya kişi, ya da qadın ailədə «başçı və müavin» rollarını bölüşdürməlidirlər. Qurani-Kərim, gördüyünüz kimi, rəhbərlik və himayədarlığın kişiyə verilməsini açıq şəkildə bildirir. (Bir məsələyə diqqət yetirin ki, bu sözləri vurğulamaqda məqsəd qadınları istismar etmək və onlara qarşı haqsız davranaraq güc tətbiq etmək deyildir, əksinə ümumi rəhbərliyin bir nəfərin əlində olması və eyni zamanda öhdəliklərin düzgün bölüşdürülərək məsləhətləşmələrin aparılması deməkdir). Hal-hazırki həyatımızda vahid rəhbərlik anlamı bütün başqa dövrlərdən daha qabarıq formada öz əhəmiyyətini büruzə verir. Belə ki, hər hansı bir işi həyata keçirmək əmrini almış ən kiçik heyətdə (hətta iki nəfərlik) belə, bir nəfər başçı təyin olunur və digərləri müavin və üzv olurlar. Əgər belə olmasa, onların işlərində hərc-mərclik yarana bilər. Ailədə də başçılığın və himayədarlığın ailənin kişisinin əlində olması bu mənanı kəsb edir.

Kişinin belə mövqeyə layiq bilinməsi, onda olan xüsusiyyətlərdən qaynaqlanır. Məsələn: kişi hisslərindən və emosiyalarından daha çox düşüncə və ağıla üstünlük verir (qadınların tam əksinə olaraq, belə ki, qadınlar ağıllarından daha çox hisslərinə və emosiyalarına üstünlük verirlər), eləcə də cismani gücə və potensiala malik olurlar. Yəni, kişilər birinci potensiallarından istifadə edərək düşünə və plan qura bilərlər və ikinci potünsiallarından istifadə edərək öz ailəsini və yaxınlarını yadlardan qoruya bilərlər.
Kişilərin xanımlarının və övladlarının qarşısında öhdəlik daşıması, gündəlik xərclərinin ödənilməsi, onları yaxşı həyat tərzi ilə təmin etməsi, ona ailənin başçısı və himayədarı olmaq haqqını verir.
Bəzi xanımların yuxarıda qeyd etdiyimiz sahələrdə öz həyat yoldaşlarından daha böyük imtiyaza malik olması mümkün ola bilər, amma dəfələrlə qeyd etdiyimiz kimi, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, qanun hər bir insan üçün fərdi şəkildə tənzimlənmir və ümumi xarakter daşıyır. Qadınların da olduqca mühüm öhdəlikləri öz üzərlərinə götürə bilmə bacarıqlarına baxmayaraq, qeyd olunmuş baxımdan kişilərin qadınlardan daha çox üstünlüyə malik olması barədə heç bir şübhə yoxdur.

0 şərh.:

Текст бегущей строки
+ + + + +