
Birinci fəsil
Mövzunu araşdırmaq üçün öncə ona aid termin və ifadələr müəyyən edilməli, onların həqiqi mənaları aydınlaşdırılmalıdır. Burada mövzumuza aid əsas dörd termin nəzərdən keçirilir:
Quranda, təkcə iki ayədə (“Nur” surəsinin 31-ci ayəsi və “Əhzab” surəsnin 59-cu ayəsi) qadın geyimi haqqında lazım olan göstərişlərin olduğunu görürük. O ayələrin hər birini ayrıca araşdıraq.
1. “Nur” surəsi ayə 31. “Mömin qadınlara de! İffətlərini qorusunlar və zinət əşyalarını göstərməsinlər, ondan görünən hissələrdən başqa. Örpəklərini başlarına atsınılar və öz zinətlərini göstərməsinlər...” (Və qul lil-muminati yəğzuznə min əbsərihinnə və yəhfəznə furucəhunnə və la yubdinə zinətəhunnə illa ma zəhərə minha vəl-yəzdibnə bixumurihinnə əla cuyubinnə...).
(Quran, tərcümə heyəti - Məhəmməd Əli Rzayi İsfahani və başqaları, Darül-zikr, səh. 353).
Nəticə
Bütün sadalananlara əsasən, qadının xüsusi görkəmdə geyimi İslam dininin vacibi əməllərindəndir. Quranda “Nur” surəsinin 31-ci, “Əhzab” surəsin 59-cu ayəsində qadınların geyimindən söz açılıb. Öncəki ayədə qadın geyiminin necəliyi kamil şəkildə açıqlanıb. Bu iki ayəyə əsasən, qadın üz və əllərindən başqa bütün bədənini örtməlidir. Əlbəttə, ayaqların örtülməsinin vacibliyi aydınlaşdırılmayıb. Diqqət olunmalıdır ki, qadın üçün Quran və rəvayətlərdə xüsusi bir geyim formasına işarə olunmayıb. Dar olmamaq şərtilə qadın bədəninin hər hansı paltarla örtülməsi kifayətdir. Quran mömin qadınların tanınması barəsində olan nüansı vurğulayır. Onlar cəmiyyətdəki günahdan çəkinməyən şəxslərdən seçilməli və hörmət qazanmalıdırlar.
0 şərh.: