Ramazan ayı

Günlərin, gecələrin və ayların sultanı yaxınlaşır. İçində rəhmətin, bağışlanmanın və əzabdan qurtulmanın qucaq dolu olduğu ibadət ayı yaxınlaşır. Allaha səmimiyyət və ixlas ilə hər əl və könül açanın duasının qəbul edildiyi, hər addımın fəzilətlə qarşılandığı, hər istəyin məqbul olduğu, savab dəyəri misilsiz olan Ramazan ayı yaxınlaşır.

İmanlı könüllərə müjdələr olsun! Rəhmət dəryasına dalmaq istəyənlərə, paklaşmaq istəyənlərə, tövbəkar olmaq istəyənlərə, günahsız bir həyata başlamaq istəyənlərə, Allaha yaxınlaşmaq üçün fürsət axtaranlara, nəfsini və şeytanı ibadət ilə dondurmaq istəyənlərə, cəhənnəm atəşindən qurtulmaq istəyənlərə, axirət üçün addım atmaq istəyənlərə, hər cür dərddən və bəladan Allaha sığınmaq istəyənlərə müjdələr olsun! Rəhmət ölkəsindən gələn müjdələr kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirir. Müqəddəs kəlamın nazil olduğunun ildönümünü möminlərlə birlikdə cinlər, mələklər, ağaclar, qurdlar-quşlar, dənizlər, çaylar, çəmənlər də qeyd edirlər Ramazan ayında. Bu ayda görünən və görünməyən aləmlərdə bir bayram havası yaşanır. Bu ayın Allah-Təala dərgahında xüsusi bir yeri var. Uca Rəbbimiz müxatəb olaraq seçdiyi bəndələrinə sonsuz rəhmətinin ən geniş təcəllilərini bu aya təxsis etmişdir. Başda Qurani-Kərim olmaqla digər ilahi kitab olan Tövrat, Zəbur və İncilin də bu ayda endirilməsi bu ayın qiymətini və müqəddəsliyini artıran başqa bir xüsusdur.
Übadə bin Samit nəql edir:
Ramazan ayının başladığı bir gündə Rəsulullah (s.ə.s) belə buyurdu:
“Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allahın rəhməti sizi bürüdü. O ay yer üzünə bol-bol rəhmət enər. Günahlar bağışlanar. Dualar qəbul olunar. Allah sizin xeyirxahlıq və ibadətdə yarışmağınıza baxar və bunula mələklərinə qarşı iftixar edər. Elə isə qulluğunuzla özünüzü Allaha sevdirin. Əsl bədbəxt olan isə bu ayda Allahın rəhmətindən payını almayandır.” (ət-Tərğib vət-Tərhib, 2/99)
Ramazan ayında insana verilən ən böyük imkan qul olma hissini ən yaxşı şəkildə qavramaqdır. Bu ayda qulluq şüuru sanki insanı hər tərəfdən əhatə edir. Oruc tutan insan özünü nəzarətdə saxlayır, həm fiziki, həm də mənəvi cəhətdən tərbiyə edilir. Ramazan ayı insana qulluq şüurunu, nicatın yalnız qulluqda olduğunu öyrədir. Bu ayda əldə edilən ölçülər digər on bir ayda da davam etdiyi üçün Ramazan ayına on bir ayın sultanı deyilir.
Ramazan ayında insana verilən ən böyük imkan qul olma hissini ən yaxşı şəkildə qavramaqdır. Bu ayda qulluq şüuru sanki insanı hər tərəfdən əhatə edir. Oruc tutan insan özünü nəzarətdə saxladığı üçün həm fiziki, həm də mənəvi cəhətdən tərbiyə edilir. Ramazan ayı insana qulluq şüurunu, nicatın yalnız qulluqda olduğunu öyrədir. Bu ayda əldə edilən ölçülər digər on bir ayda da davam etdiyi üçün Ramazan ayına on bir ayın sultanı deyilir.
Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Ümmətimə Ramazan ayında beş şey verilmişdir ki, bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir:
1. Ramazan ayının ilk gecəsi olduqda Allah-Təala ümmətimə (rəhmət nəzəri ilə) baxar. Allah hər kimə (rəhmət nəzəri ilə) baxarsa, ona əbədi olaraq əzab etməz.
2. İftar vaxtındakı ağızlarının qoxusu Allah dərgahında müşk qoxusundan daha gözəldir.
3. Mələklər hər gün və gecə onların bağışlanmasını istəyər, onlar üçün dua edərlər.
4. Allah-Təala cənnətinə əmr edib: “Bəndələrim üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən xilas olub Mənim yurduma və ehsanıma istirahət üçün gələcəkləri gün yaxınlaşdı.” buyurur.
5. Gecənin sonu olduqda Allah hər birini bağışlayar.”
Bizim üzərimizə düşən vəzifə bu müqəddəs ayı fürsət bilmək, Allah-Təalanın razı olduğu işlər görmək, əlimizdən gəldiyi qədər qulluq vəzifəmizi yerinə yetirməkdir.

0 şərh.:

Текст бегущей строки
+ + + + +