Nurlu ailə

Həyat yoldaşı seçimi, həyatımızın ən əhəmiyyətli qərarlarındandır. Hər iki tərəf üçün əhəmiyyətli meyar isə "dindar" olmaq, Allahını tanımaqdır. Çünki evlilik əbədi həyat yoldaşlığıdır, bu yalnızca qısacıq dünya həyatı ilə məhdud bir birlik deyil. Bu, evliliyə bir sonsuzluq mənasını qazandıran imandır.

Gəlin görək bu sirri qavrayan bir gənc qız, evlənəcək zaman, yoldaşından nələr istəməlidir:

"Hər şeydən əvvəl bunu söyləyək: Mənim yalnız qarınımı doyuran bir yoldaş deyil, mənə davamlı dəstək olacaq həyat yoldaşı, dini məsuliyyətini bilən müsəlman bir yoldaş istəyirəm. Mən kreslo və çilçıraqların tozunu almaqla ömür keçirəcək bəzək gəlini deyil, həyatının gəlini olmaq istəyirəm. Cəmiyyətimizdə boşanmalar üzündən nə qədər bədbəxt qadınların olduğuna şahidəm. Siz də vicdanlı bir müsəlmansınızsa, şərhlərimdə ən kiçik bir tərəddüdünüz varsa, bu işə "xeyr" cavabını verin. çünki indi kiçik bir tərəddüd sonradan böyüyə, ailəmizi dağıda bilər. Mən hər şeydən əvvəl İslamda ailələrin dincliyini qeyd etmək istəyirəm. Cəmiyyətimizdə bu gün, tam islam ruhu ilə dolanan ailələr çox təəssüf ki, azdır və mənim quracağım ailənin də bu rəqəmə daha bir rəqəm daha əlavə olub artırmasını istəmirəm. Lakin sizin bu şəkildə olmanız mənim şərtlərimi hələ söyləməmə mane ola bilməz.

Şərtlərim isə bunlardır:

1. Bütün hal və hərəkətlərimiz İslami olacaq. Həyatımızı "şeytanın qanunlarına" görə, deyil Allahın (cc) ehkamına görə təşkil edəcəyik.
Allah (cc) Quranda: "Kim İslamdan başqa bir din axtarsa, ondan bu din əsla qəbul dilmeyecektir. O, axirətdə ən böyük zərərə uğrayanlardandır". (Ali-İmran-85). Biz bunlardan olmayacağıq.

2. Mən əşya və qızıl olaraq sizə heç bir şərt qoymuram, çünki mənim üçün pulun heç bir əhəmiyyəti yoxdur, amma dolanışığımız, namərdə möhtac olmamamız üçün qazancınızı halal yolla əldə etməlisiniz. Bunun az olması, ən lüks əşyaları ala bilməməyimiz məni incitməz. Lakin siz də məndən, hər şeyini nümayişə etdirən qızların apardığı cehizi istəməyəcəksiniz. Sizdən otaqlar dolusu əşya istəmirəm, sizə də otaqlar dolusu əşya gətirə bilmərəm. Zəruri olan əşyalarımı gətirərəm. Çünki Allah Elçisi dünya malına heç əhəmiyyət verməmişdir. Bir hədisi-şərifdə deyilir ki:
"Səhabələrdən Abdullah bin Məsud deyir: Rəsulullahın yanına girdiyimdə bir həsir üzərində dayandığını və üzərinə uzandığı üçün həsirin bədənində iz buraxdığını gördüm. Bunun üzərinə ona dedim ki, Ya Rəsulullah! Sizi həsirdən qoruması üçün bir döşək gətirsək olmazmı? O da mənə belə buyurdu: "Mənim dünya ilə nə əlaqəm var?"

3. Mən əşyaya xidmət üçün yaradılmadım, əşya mənə xidmət etməlidir. O halda əşyam ehtiyac qədər olmalı, israf edilməməlidir. Zehinimdəki və manevr planımdakı ən uyğun dekorasiya, Rəsulullahın evinin dekorasiyasıdır. Allahu Təala bir ayəsində: "Dünya həyatı bir oyundan və əylənmədən başqa bir şey deyil. Axirət yurdu isə çəkinəcəklər üçün əlbəttə daha xeyirlidir. Hələ ağılınız başınıza gəlməyəcəkmi?" (Ən'am-32) demirmi?
Hz.Əliyə "Dünya nedir?" deyə soruşmuşlar, demişdir ki, "Sizi, Mövladan saxlayan hər şeydir".
Bizim evliliyimiz də, bizi Mövladan uzaqlaşdırmaqdan çox, Mövlaya yaxınlaşdırmalıdır. Eynilə bu şeirin misralarında izah edildiyi kimi....

İddianı qucaqlayan körpə sarmaşıqlarıq,
Haqq yoluna baş qoyan divanə aşiqlərik.
Düzümünü vurduq zamana, dayansın ...
Ayrı bir zövq bu eşqin könülləri yandırsın.

4. İslama görə gəlin olmaq və Islama uyğun toy etmək istəyirəm. Allah razılığı və Peyğəmbər sünnəsti üçün evləndiyimizə görə ən başda toyumun və gəlinliyimin buna uyğun gəlməsini istəyərəm.

5. İslamdan xəbərsiz olmaq istəmirəm. Onun üçün İslamı ən yaxşı şəkildə bilməniz və tətbiqiniz lazımdır.

6. Evləndikdən sonra da işlərimə davam etmək istəyərəm. Gündə ən az üç saat Quran öyrədib, vəz verəcəyəm. İndi etməyə çalışdığım təbliği vəzifəm, evləndikdən sonra da davam etməlidir. Allah-Təala, Ali-İmran surəsndə belə buyurur; "Sizdən elə bir camaat tapılmalıdır ki, (onlar hər kəsi) xeyirə çağırsınlar". Biz bu camaatın insanı olmağa çalışmalıyıq.

7. Evimdən heç bir yerə getmərəm, yoldaşımdan da sədaqət istəyərəm. Gecə saat 12-yə qədər qəhvəxanalarda, orda-burda gəzən bir yoldaş düşünə bilmirəm. Siz elə deyilsiniz, bilirəm, hər halda şərtimi söyləyirəm.

8. Səhvimin mənə deyilməsini istəyərəm. Mənim səhvim olsa əvvəl mənə bildirmənizi, məndən əvvəl bir başqasının eşitməsini istəmərəm.

9. Bərabər hörmət istəyərəm. Öz ailə üzvlərinizə mənim necə hörmət göstərməmi istəyirsinizsə, mən də sizdən eyni hörməti ailəmə göstərmənizi istəyərəm.

10. Mənim evim bir elm yuvası olmalıdır. Hər axşam ən az 1 saat fiqh, təfsir və dini kitablardan dərs etməyi və evdə kim varsa onların da dərsimizə iştirak etmələrini təmin etmənizi istəyərəm.

11. Həyat yoldaşımın dərdini mənimlə paylaşmasını istəyərəm. Onunla hər vaxt can yoldaşı, dərd ortağı olmaq istəyərəm.

12. Yalnız ədalət istəyərəm. Nə mənim üçün ailə üzvlərini, nə də ailəsi üçün mənim tərəfimin tutmasını istəyərəm.

13. Əlimdən gələni ən yaxşı şəkildə etməyə çalışaram. Yeməyimi, evimin işini əlimdən gəldiyincə etməyə çalışacağı, bu vaxt etdiyim kiçik səhvlərin böyüməməsini, səhvimin İslama uyğun şəkildə deyilməsini istəyərəm.

14.Halal-haram xəttinə diqqət yetirməni istəyərəm. Məhrəmimdən başqasının yanına çöküb oturmaram. Eyni həssaslığı səndən də gözləyəcəm.

15. Təklikdə, mən öldükdə də İslama riayət etməni istəyərəm.

16. Evimizin ruzisini halal yoldan təmin etməsini istər, bir çətinlik və darlıq çəksək Allah üçün səbr edər, bu mövzuda problem çıxarmaram. Amma pulumuz varkən də zərər almaq istəmərəm, bu yaxşı niyyətimin sui-istifadə edilməsinə də icazə vermərəm.

17. Hörmətim sizə bağlıdır. Namaz və Allahın fərz etdiyi əmrlərdən vaz keçsəniz sizə olan hörmətim azalar. Hörmətli biri olmaq istəyirsinizsə, buna diqqət yetirməlisiniz.

18. Həyatımı Allahın dininə həsr etdim. Sizin də belə biri olmanızı istəyərəm. Bu yolda uğrayacağımız təhqir, pisləmə, ayıblama, işgəncə, zülm və hətta həbsxana, belə hadisələrə səbr etməyi və bir-birimizə səbri tövsiyyə edib dəstək olmağı istəyərəm. Allahın Rəsulunun və Səhabələrinin çəkdiyi əziyyətlər məlumdur. Bir nümunə verək:

"Səhabə artıq zülm və işgəncədən usanır və Rəsulullaha gələrək, müşriklərə qarğış etməsini istəyir. Rəsulullah: 'Sizdən əvvəlki Müsəlmanların bədənləri sümüklərinə çatana qədər dəmir daraqlarla daranaraq əlləri qoparıldı. Bu onları, dinlərindən imtina etdirə bilmədi. Başları saçlarından ayrıldı. Onlar yenə dinlərindən vaz geçmədilər. Biz hər cür zülmə birlikdə sinə gərəcəyik".

19. Mənə yoldaş olmanızdan çox, müəllimim olmanızı istəyərəm. Bir-birimizi tamamlamağı və əskiksiz bir İslam həyatı sərgiləməyi arzu edirəm.

20. Hər şeyin şirinliklə olmasını istəyərəm. Hadisələrin böyüdülüb xaricə sızmasından çox, öz içimizdə razılaşma yoluyla həllinin tərəfdarıyam.

21. Hər şeyi Allah yoluna seçməliyik. İslami işləriniz üçün, iddiamıza xidmət üçün. Allah yolunda yarışmaq üçün, məni və əgər olsa uşaqlarımızın maneə görməməsinii istər, bizləri Allaha əmanət edərək mübarizəyə qaçmanızı istəyərəm.
Allahu Təala bir ayəsində belə buyurur: "De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, qəbiləniz, əlinizə keçirdiyiniz mallar, durğunluğundan qorxduğunuz ticarət, xoşunuza gələn evlər, sizə Allahdan, Onun peyğəmbərindən və onun yolundan (cihaddan) daha sevimli isə, artıq Allahın əmri gələnə qədər dayanın. Allah fasiqləri hidayətə çatdırmaz." (Tövbə-24). Bu ayənin həmsöhbəti unutmamalıyıq.

22. Elmimi tamamlamama kömək etmənizi və aldığım elmi izah etməmə icazə vermənizi istəyirəm. Bir də mümkünsə, evləndikdən sonra ilk həcc zamanı ziyarətə getməyi sizdən rica edirəm.

Bəli mənim istəklərim bu qədər. Ağır maddi şərtlər irəli sürməyib, sizi maddi problemlərlə böhrana salmadığımı düşünüb, 'Bunlarda nə var canım, asandır, edərik!' - deyib asan hesab etməyin. Yüz ölçüb, bir biçin. Gün gələr, dövran tərsinə dönə bilər. Böyük çətinliklərlə alınan əşyaları bir gün satmaq məcburiyyətində qala bilərik. İflas edə bilərik. Sənin hər bir halda mənə dəstək olmanı, bunları asan hesab etməyib reallaşdıra bilmək üçün mübarizə etməyi və bu məsuliyyəti qaldıra biləcək islami əxlaqa sahib olmanı arzu edirəm.

0 şərh.:

Текст бегущей строки
+ + + + +