Salam verin, günahlarınız yuyulsun!

“Salam aleykum”, bu körpələrin ilk olaraq öyrəndiyi, yaşlıların isə unutduğu sözlərdən sayılır. Heç zaman bitməyən gündəlik iş və fəlaiyyətlərimizi sahmana salmaq məqsədi ilə əbədi tələskənliyimizin bir an ayaq saxlayıb salamlaşmaq hövsələsi yoxdur. Ən yaxşı halda salamlaşmaq əl yelləmək, ya azacıq başı tərpətməklə xülasələşir. Bəlkə də önəmli nəzərə çarpmasın, lakin azacıq fikirləşərkən bu halın ciddi bir problem olmasını dərk edirik. Salamlaşmaq sadəcə “salam” kəlməsini demək deyil,, əslində bu özümüzün və başqalarının sağlamlığını təqdir etməkdir. Gündəlik həyat əsnasında bir an ayaq saxlamaq həm qarşı tərəfi, həm də özünü dəyərləndirməkdir.

Tomas Qrin salam haqqında yazdığı məqaləsində gündəlik həyatda salamlaşmağın insan həyatında hansı yenilikləri meydana gətirməsini anlatmağa çalışır. O bu əməliyyatı həyata keçirmək məqsədi ilə bir ay ərzində rastlaşdığı hər şəxslə- küçədə tanmadıqlarıyla, virtual istifadıçilərlə, uzaq qonuşularla salamlaşdı. Tomasın dediyinə görə, hətta hər gün güzgüdə özü ilə də salamlaşırmış. Aşağıda qeyd edilən nüanslar onun salamlaşarkən əldə etdiyi nəticələrdir.

1. Salamlaşmağa ciddi yanaşaq

Yaşın çoxalması yalınız üzümüzdəki qırışları irəli çəkmir, zaman ötdükcə dövrəmizdə gözgörünməz bir halqa da əmələ gəlir ki, kiminsə bizə yaxınlaşmasının qarşısını alır, eynilə qalın bir sipər kimi. Lakin bu qalın sipərin altı hələ də yumuşaqdır.

Zaman ötdükcə biz çox da dostsayağı nəzərə çarpmırıq. Qaraqabaq, emosiyasız 50 yaşlı bir kişinin çöhrəsini onun cavanlıqdakı şən, mülayim siması ilə müqayisə edin.
Oklahoma Universitetinin professoru Alen Aldinin fikrincə, yaşımız ötdükcə daha çox vəzifəyönlü oluruq. Yalınız nəyəsə ehtiyac hiss edərkən kiminləsə danışmaq istəyirik. “Etimadsızlıq” bizə çox tanış sözdür. Bizim üçün dostluq əlaməti olaraq əlimizi kiməsə uzatmaq çox çətindir. Çünki bu işlə onları öz çərçivəmizə daxil edəcəyimizi düşünürük.
Aldinin fikrincə, bu adəti aradan qaldırmaq çox çətindir. Lakin əksər alimlərin nəzərincə, salamlaşmaq, təbəssüm bir çox psixi və fizioloji xəstəliklərin qarşısını almağa qadirdir. Lakin bütün bunlara baxmayaraq yenə də salamlaşmaq biz böyüklər üçün çox çətindir.
2. Salam – gizli silah

Günümüzdə əksər insanlar kimsənin onlara salam verib hal-əhval tutmasına adət etmədiyi bir vaxtda bir şəxsin onlara salam verməsi onların təəccübləndirməkdən əlavə, sizin gözlənilməz səmimiyyətiniz önündə tərki-silah olur. Mən e-mail məktublarımı salamla başylayanda adətən cavablarını qəbul edirəm. Yaxud maqazada satıcıyla salamlaşmağım tez və yaxşı xidmətlə qarşılaşmağıma səbəb olur.

3. Salam və geniş fəaliyyət

Alen Aldin bir ibtidai məktəb müəllimlərindən istəmişdi ki, bütün şagirdlərlə şəxsi olaraq salamlaşıb, hal-əhval tutsunlar. Zahirdə kiçik görünən bu məsələ şagirdlərin dərs fəaliyyətlərinin 37 faiz yuxarı qalxmasına səbəb olmuşdu. Eyni nəticəyə əsasən, salamlaşmaq həmçinin, şagirdlərin sinifdə daha aktiv olmasına, yaxşı qiymətlər almasına səbəb olmuşdu.

4. Salam və sevimli insanlar

“Bu deyingəndir, digəri əxlaqsızdır, başqası cinayətkara oxşayır, bu mütləq həyat yoldaşını döyür!” Biz dəfələrlə yalnız insanların xarici görünüşünə görə onlarla münasibət qurmaqdan çəkinmişik. Şəxsi müşahidələrimə görə, ögey münasibət bəslədiyimiz, salamlaşmadığımız adamlar adətən mülayim insanlardır. Şübhəsiz, bu tip adlamlarla salamlaşmaq onların əxlaqında müsbət təsir qoyaraq daha da sevimli simalarının formalaşmasına yardım edəcək.

5. Salamlaş – yeni dost qazan

Səhərlər şəhərimizin küçələrində qaçarkən həmişə qarşıdan gələn maşınların ehtiyatsızlıq etməsindən, onlarla toqquşacağımdan narahat idim. Əksər sürücülər qonşularımız idi. Ötən bir ay ərzində mən əksər sürücülərə əl yelləyir, salam verirdim. Ayın sonunda onlar siqnal və təbəssümlə salamımın cavabını almaqdan əlavə hətta təhlükə hiss etməyim deyə avtomobillərinin sürətini azaldırdılar. Mən onlar üçün tanış bir şəxsiyyətə çevrilmişdim.

6. Salam və sevilən məkanlar

Bir statistik məumata əsasən, kiçik şəhər və kəndlərdən fərqli olaraq (68 faiz) Nyu-York kimi qələbəlik olan bir şəhər sakinlərinin yad bir şəxslə əl verib görüşmə ehtimalı çox azdır (38 faiz). Tədqiqatçıların nəzərincə, isti münasibəti olan cəmiyyətlərdə xalqın əhval-ruhiyyəsi yüksək olur. Şəxsi təcrübəm də bunu təqsdiqləyir. Şəhərin şimal bölgəsi və cənub bölgəsinin qədim küçələrindən fərqli olaraq şəhər mərkəzlərində, qələbəlik olan küçələrdə salamlarım cavabsız qalırdı. Bu məsələ çox narahat edici idi. Çünki həm camaatın özü və həm də ruhiyyələri qələbəlik və eyni zamanda qeyri-səmimi (şəhərin trafik küçələri kimi) bir mühitin və nöqsanlı cəmiyyətin formalaşmasına səbəb olmuşdur.
7. Uşaqlarla salamlaşmaq

Uşaqlarla salamlaşmağın mənfi və müsbət cəhətləri var. Təssüflər olsun ki, günümüzdə uşaqlar böyüklərdən, xüsusilə yad şəxslərdən qorxurlar. 5-15 yaş arası uşaqlara verdiyim salamlar adətən cavabsız qalırdı. Lakin 5 yaşdan aşağı uşaqlar səmimi salamlarıyla üzümdə təbəssüm yaradırdılar. Uşaqların özlərini təhlükədən uzaq hiss etdiyi bir məkanda onlarla salamlaşmağınız gələcək nəsil üçün doğma bir mədəniyyətin formalaşdırılmasına səbəb olacaq. Uşaqların özlərini qərib bir məkanda hiss etməsindən daha yaxşı onlara iltifat və qayğının aliliyini göstərməkdir.

8. Salam-sağlamlıq soğortası

Təbəssümsüz salamlaşmaq çox müşkül işdir. Bədənin təbii refleksi kimi salamla yanaşı təbəssüm də özünü dodaqda əks etdirir – təbii ki, təbəssümə qarşı mübarizə aparılmasa.Təbəssümün xoş təsirləri onu görən şəxsdə də eyni təsərrüatları oyadır. Bəlkə də çoxları inanmasın, lakin dünya təkcə salamlaşmaqla daha gözəl ola bilər. Mən bir ay sonra bu qənaətə gəldim ki, bu işin icrası mümkündür. Şəxsən mən çox gözəl əhval-ruhiyyəyə malikəm. Gözə görünməz halqanı sındırmaqdan, ətrafımdakı yad şəxsləri görərkən salamlaşıb hal-əhval tutmaqdan bir ay ötür. İlk öncələr mənim üçün yalnız çətin bir oyun olan bu addım artıq gözəl adətə çevrilib. Özümüzü çox da zəhmətə salmayaq. Ətrafınızda çoxlu yad adam ola-ola hamına salam verə bilməzsiniz, lakin salamlaşmaqdan ötrü xüsusi adamlar seçmək lazımdır. Məsələn, “bu gün 3 nəfərə salam verərəm”, deyə qət edin. Bu il ərzində 1095 nəfər yad adamla tanış olmaqdan ibarətdir. Amma unutmayın ki, bu əməliyyata ən yad adamlarla salamlaşmaqla start verin. Səhər çağı özünüzü səliqəyə salarkən güzgüdəki yad şəxsə də salam verməyi unutmayın. 24 il həyat yoldaşıma ixtiyarsız və diqqətsiz salamlaşmışdım. Amma ötən ay hər dəfə xanımımla salamlaşarkən sanki onu yenidən görürdüm. Salam verərkən diqqətcil olmaqla, qarşı tərəfin cavabını eşitməklə gözlərdəki keçmiş parıltını yenidən seyr edə bilirdim. Gündəlik həyat həmin salmlaşmaqla fərqli və yeni olmuşdu… Siz Alen Aldinin mülahizələri ilə tanış oldunuz. Amma İslam dinində salama verilən əhəmiyyəti ikinci bir din, ideologiyada müşahidə etmək çətindir. Bu barədə yalnız bir cümlə: Sevgili Peyğəmbərimiz “salam verməklə günahlarınızı yuyun! – buyurur.

0 şərh.:

Текст бегущей строки
+ + + + +